Bu gün Avropanın, eləcə də dünyanın yaşıl meydanlarında əksər yığmalar yoldaşlıq oyunlarında qüvvəsini sınasa da, AÇ-2012-nin seçmə mərhələsində çərçivəsində də 2 qarşılaşma baş tutub. Azerisport.az xəbər verir ki, E və F qruplarında yer alan kollektivlərdən bəziləri rəsmi matçlarda qarşı-qarşıya gəliblər.
E qrupunun keçirdikləri bütün qarşılaşmalarında uduzan iki autsayder komandası - Finlandiya ilə San Marino Helsinkidə qarşılaşıblar. Qələbə üzünə həsrət qalan finlər bütün acığını "cırtdanlar"dan çıxıblar. Onlar doğma meydanda rəqiblərini 8 cavabsız qolla məğlub ediblər. F qrupunda isə vahid liderliyi ələ keçirməyə çalışan Xorvatiya doğma meydanda Maltanı qəbul edib və bu istəyinə 3 cavabsız qolla çatıb.
AÇ-2012-nin seçmə mərhələsi
17 noyabr
E qrupu
Finlandiya – San Marino - 8:0
Qollar: Vayrinen, 39, Hamalaynen, 49; 67. Forsell, 51; 59; 78. Litmanen, 71-pen. Porokara, 73.
1. Hollandiya 4 4 0 0 12-2 12
2. Macarıstan 4 3 0 1 12-4 9
3. İsveç 3 2 0 1 9-4 6
4. Moldova 4 2 0 2 5-3 6
5. Finlandiya 4 1 0 3 10-6 3
6. San Marino 5 0 0 5 0-29 0
F qrupu
Xorvatiya – Malta - 3:0
Qollar: Krançar, 18; 42, Kaliniç, 81.
1. Xorvatiya 4 3 1 0 8-1 10
2. Yunanıstan 4 2 2 0 4-2 8
3. Gürcüstan 4 1 3 0 3-2 6
4. İsrail 4 1 1 2 5-5 4
5. Latviya 4 1 1 2 3-5 4
6. Malta 4 0 0 4 1-9 0