17 noyabr 2010 18:26
Berti Foqts: Uşaq səhvləri buraxdıq və uduzduq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin bu gün səfərdə Çernoqoriya ilə keçirdiyi sınaq matçından sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
“Mən komandamın 75-ci dəqiqəyə qədərki çıxışından razı qaldım. İki uşaq səhvi buraxdıq və nəticədə məğlub olduq. Uşaqlarla çox ciddi söhbət etməli olacam. Çünki rəqib nə qədər güclü olsa da, futbolçularımız daha yaxşı oyun sərgiləyə bilərdilər”.
