17 noyabr 2010 18:37
Çernoqoriya yığmasının çalışdırıcısı mətbuat konfransına qatılmadı
Bu gün millimizlə yoldaşlıq oyunu keçirən Çernoqoriya yığmasının baş məşqçisi Zlatko Krançar qarşılaşmadan sonra mətbuat konfransına qatılmayıb. Azerisport.az xəbər verir ki, o, komandamız üzərində 2:0 hesabıyla qələbə qazandıqları qarşılaşmadan sonra jurnalistlər qarşısına çıxmaqdan imtina edib.
Əvəzində qələm əhlinin qarşısına yalnız komandamızın qapısına yola tapan Luka Peyoviç çıxıb. Qeyd edək ki, bu futbolçu qarşılaşmada vurulan ilk qolun müəllifidir.
