17 noyabr 2010 19:22
Luka Peyoviç: Azərbaycanın oyunçularını bağlamağı bacardığımız üçün qələbə qazandıq
Bu gün keçirilən Çernoqoriya – Azərbaycan yoldaşlıq görüşündə vurulan ilk qolun müəllifi Luka Peyoviç matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin müdafiəçisi bunları vurğulayıb.
“Azərbaycan millisi heç də pis təsir bağışlamadı. Onlar Türkiyəyə qarşı çox yaxşı oynamışdılar. Ancaq biz bu gün rəqibin bütün oyunçularını tam bağladıq və qələbə qazandıq”.
