17 noyabr 2010 20:43
Azərbaycan yığmasından 12:0 hesablı qələbə
Bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması müvafiq yaş qrupundan ibarət Qusar komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 12:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Yığmamızın heyətində Aliyə Vəliyeva 5, Kamilla Məmmədova 3, Suğra Xəlilova 2, Aysun Əliyeva və Olya Sioşvili isə hərəyə 1 qol vurub.
