17 noyabr 2010 20:57
Xəzər Lənkəran`ın qapıçısı üçün 90+3-cü dəqiqə şoku
Xəzər Lənkəran`ın qapıçısı Denis Romanovs Çində keçirilən yoldaşlıq oyununun iştirakçısı olub. Azerisport.az xəbər verir ki, səfərdə Çinlə sınaq matçına çıxan Latviyanın çərçivə qoruyucusu məhz çempionatımızda iştirak edən qolkiper olub.
Baş məşqçis Aleksandr Starkov Romanovsa start heyətində yer verib və cənubluların qapıçısı sona kimi meydanda qalıb. Lakin sözügedən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçın böyük hissəsini qapısını toxunulmaz saxlayan Xəzər Lənkəran`ın qapıçısı yalnlz 90+3-cü dəqiqədə qol buraxmaq məcburiyyətində qalıb. Nəticədə onun komandası səfər matçından 0:1 hesablı yenilgiylə ayrılıb.
