17 noyabr 2010 11:56
Çernoqoriya – Azərbaycan matçının hakimləri müəyyənləşdi
Bu gün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00-da) Podqoritsa şəhərində Çernoqoriya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, öncədən də məlum olduğu kimi, qarşılaşmanı Makedoniyadan ədalət təmsilçiləri idarə edəcək.
Baş hakim Aleksandar Stavrev olacaq. Baş hakimin köməkçiləri isə Lyubomir Krstevski, Maryan Kirovskidir. AFFA-nın rəsmi saytının məlumatına görə, ehtiyat hakim yerli olacaq. Lakin hələlik onun kim olacağı dəqiqləşməyib.
