18 noyabr 2010 01:28
Türkiyə yenə uduzdu, Almaniya qol vura bilmədi (YENİLƏNİB)
Bu gün keçirilən yoldaşlıq oyunları içərisində bizlər üçün daha çox maraq doğuran bir neçə qarşılaşma da var idi. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika, Avstriya, Türkiyə və Almaniya da yoxlama matçında qüvvəsini sınayıb. Bunlardan ilk olaraq meydana çıxan Belçika səfərdə Rusiya üzərində 2 cavabsız qolla qalib gəlməklə, çoxlarını təəccübləndirdilər. Seçmə mərhələdəki son oyununda millimizə uduzan Türkiyə yığması isə səfərdə Hollandiyaya yenilib. Avstriya yığması doğma divarlar arasında Yunanıstana məğlub olduğu halda, Almaniya da səfərdə İsveçlə qolsuz heç-heçəyə razılaşıb.
Yoldaşlıq oyunları
17 noyabr
20:00. Rusiya – Belçika - 0:2
Qollar: Lukaku, 2 (0:1), Lukaku, 73 (0:2).
Voronej. Həmkarlar İttifaqının Mərkəzi stadionu.
23:30. Avstriya – Yunanıstan - 1:2
Qol: Samaras, 48 (0:1), Fuks, 67 (1:1), Fotakis, 81 (1:2).
Vyana. Ernst Happel stadionu.
23:30. Hollandiya – Türkiyə - 1:0
Qol: Huntelaar, 52 (1:0)
Amsterdam. Amsterdam Arena.
23:30. İsveç – Almaniya - 0:0
Höteborq. Ullevi stadionu.
