17 noyabr 2010 12:27
Millimizin oyununa 6 minə yaxın bilet satılıb
Bu gün Bakı vaxtı ilə saat 16:00-da Podqoritsa şəhərində keçiriləcək Çernoroqoriya – Azərbaycan görüşünə maraq böyük olmasa da, hər halda az da deyil. Azerisport.az xəbər verir ki, stadionda anşlaq gözlənilməsə də, heç olmasa yarısının dolacağına ümid var. Son xəbərlərə görə, hələlik yerli azarkeşlərdən bu qarşılaşma üçün 6 minə yaxın bilet alan olub.
