17 noyabr 2010 12:38
Fatoş Beçiray: Azərbaycanla oyuna tam hazırıq
Çernoqoriya millisinin əsas hücumçularından olan Fatoş Beçiray bu gün keçiriləcək qarşılaşma ərəfəsində komandasındakı son durum haqda danışıb. Azerisport.az xəbər verir ki, millimizlə oyuna tam hazır olduqlarını bildirən təcrübəli futbolçu ancaq qələbə qazanmaq arzusunda olduğunu bəyan edib:
“Uşaqların hamısı yaxşı əhval-ruhiyyədədirlər. Azarkeşlərimizə növbəti qələbə sevincini bəxş etmək üçün tam hazırıq. Bu, sadəcə yoldaşlıq oyunu olduğundan, ola bilər ki, hansısa oyunçularımız nəticəni vacib hesab etməsin. Ancaq mən qətiyyən belə düşünmürəm”.
