17 noyabr 2010 12:46
Hollandlar millimizin uğuruna inanmırlar
Bu gün Hollandiyada bu ölkənin yığmasıyla yoldaşlıq görüşü keçirəcək AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki rəqibimiz Türkiyə millisinə burda böyük göstərilməkdədir. Azerisport.az xəbər verir ki, xüsusilə holland mətbuatı bu günkü sınaq matçında rəqibləri olan “ay-ulduzlu” yığmanı kifayət qədər geniş miqyasda analiz edirlər.
Bu mənada onlar AÇ-2012-nin hazırkı seçmə mərhələsində millimizin yer aldığı A qrupundakı hazırkı duruma toxunarkən, gələcək proqnozlarını da vurğulayıblar. Hollandiyalı həmkarlarımızın fikrincə, Berti Foqtsun çalışdırdığı komanda qardaş ölkə millisi üzərində qələbə qazansa da, sonda heç dördüncü pilləyə də sahib çıxmaq şansı yoxdu: “Azərbaycan millisi yalnız beşinci yeri tuta bilər”.
