18 noyabr 2010 00:58
Azərbaycan çempionu Lixtenşteynlə də bacarmadı
Son Azərbaycan çempionu İnter`in futbolçusu Dmitri Kruqlov Estoniya yığmasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Premyer Liqamızda bir neçə ildi top qovan futbolçu millisinin heyətində doğma meydanda Lixtenşteynə qarşı mübarizə aparmaq hüququ qazanıb.
Lakin qarşılaşma Kruqlovun komandası üçün heç də uğurlu alınmayıb. İlk yarının sonlarında (35-ci dəqiqədə) Frikin vurduğu qol “cırtdanlar”ı hesabda önə keçirib. Meydan sahibləri yalnız 57-ci dəqiqədə Vasilyevin penaltidən vurduğu qol sayəsində məğlubiyyətdən yaxa qurtara biliblər. Matç elə 1:1 hesabıyla da başa çatıb. Start heyətində meydana çıxan Dmitri Kruqlov 61-ci dəqiqədə əvəzlənib.
