18 noyabr 2010 01:09
Millimizin oyunu kapitanının gözündə
Millimizin Çernoqoriya ilə oyununda kapitan sarğısını daşıyan Mahir Şükürov 0:2 hesablı yenilgiylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az-a açıqlamasında təcrübəli futbolçu bunları vurğulayıb:
“Biz Türkiyəyə qarşı sərgilədiyimiz oyunun bu gün sadəcə 50 faizini göstərə bildik. Daha cəld düşünüb, qərar qəbul etmək lazım idi. Ancaq obyektiv səbəblərdən bunu bacarmadıq. Oyunçular yorğun görünürdülər. Mən özüm 3 həftə idi ki, oynamırdım. Çalışmalıyıq ki, növbəti ildə özümüzü daha yaxşı tərəfdən göstərə bilək. Daha bu günkü kimi yox”.
