18 noyabr 2010 13:39
Mişel Platini Qızıl Topa layiq gördüyü oyunçunun adını açıqladı
UEFA prezidenti Mişel Platini Qızıl Topa layiq gördüyü oyunçunun adını açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bu mükafata Barcelona`nın və son dünya çempionu İspaniya millisinin ulduz futbolcusu Xavi Ernandesə verilməsinin daha ədalətli olacağını bəyan edib.
Platini, verdiyi açıqlamalarda Xavinin İspaniya millisiylə dünya kubokunu başı üzərinə qaldırmasının onu bu mükafata daha da yaxınlaşdırdığını düşünür: “Qızıl Topa namizədlər çoxdu. Messi, Ronaldo və Xavi olduqca güclü namizədlərdir. İki il öncə favoritim Ronaldo, keçən il isə Messiydi. Bu dəfəsə Xavi, Inyesta ve Sneyderin arasından seçilmeli olanı elə birincidir. Çünki həm klubunda, həm də dünya çempionatında böyük uğurlara imza atdı”.
