18 noyabr 2010 01:46
Robertas Poşkus Macarıstanda 45 dəqiqə oynadı, məğlubiyyətə üzüldü
İnter`in heyətində Azərbaycan çempionu olan Robertas Poşkus ölkəsinin yığmasında növbəti məğlubiyyətə üzülüb. Azerisport.az xəbər verir ki, səfərdə Macarıstanın qonağı olan Litva millisi 0:2 hesablı yenilgiylə üzləşib.
Azərbaycan çempionu olan Poşkus da bu qarşılaşmanın iştirakçısı olub. Lakin o, cəmi 45 dəqiqə meydanda olub və fasilədə əvəzlənib. Elə komandası da qolları Robertasın meydanda olmadığı dəqiqələrdə buraxıb. 61 və 80-ci dəqiqələrdə müvafiq olaraq Priskin və Dşudşakın vurduğu toplar Premyer Liqamızın iştirakçısının məğlubiyyətə üzülməsinə səbəb olub.
