18 noyabr 2010 13:53
Qarabağ`la Neftçi`nin futbolçuları Albaniyada qarşılaşdı
Qarabağ və Neftçi`nin oyunçuları yoldaşlıq oyununda qarşı-qarşıya gəliblər. Azerisport.az xəbər verir ki, bu, dünən keçirilən Albaniya və Makedoniya yığmaları arasındakı sınaq matçında baş tutub.
Belə ki, Albaniya millisinin heyətində yer alan Qarabağ`ın müdafiəçiləri - Ansi Aqolli ilə Admir Teli, Neftçi`nin Makedoniya yığmasındakı üzvü İqor Mitreskiyə qarşı oynayıblar. Premyer Liqamızın iştirakçıları hamısı ilk dəqiqələrdən bu matçın iştirakçısı olublar. Onlardan yalnız Ansi Aqolli 76-cı dəqiqədə əvəzlənib. Qarşılaşma isə qolsuz heç-heçəylə tamamlanıb.
