18 noyabr 2010 14:03
Çəlikəl: Futbolçularımızın dekabrdakı toplanışdan azad olunmasını xahiş edəcəyik
Qarabağ`ın direktoru Əmrah Çəlikəl təmsil etdiyi klubun gələn həftə AFFA-ya müraciət edəcəyini bildirib. Ağdam klubunun rəsmisi Azerisport.az-a açıqlamasında bunları bildirib:
“Gələn həftə AFFA-ya müraciət edəcəyik ki, futbolçularımız millinin dekabrdakı toplanışından azad etsinlər. Müraciətdə futbolçularımızın millinin düşərgəsindən yorğun qayıtmasını da vurğulayacağıq. Bu istər-istəməz komandanın nəticələrinə təsir göstərir”.
