18 noyabr 2010 14:21
Həmyerlimizin komandası Galatasaray`ı darmadağın etdi
Türkiyə Bank Asiya birinci liqasında mübarizə aparan Kartalspor Superliqa təmsilçisi Galatasaray`la yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlmiz Vitali Kovalyovun düşərgəsində yer aldığı Kartalspor özündən güclü rəqibi üzərində 3 cavabsız qolla qələbə qazanıb.
Lakin qarşılaşmada Galatasaray`ın milli komandalarının düşərgəsinə gedən oyunçuları - Sabri, Servet, Ufuk, Neill, Misimovic, Aydın, Mehmet, Emre ve Emirhan yer almayıb. Təəssüf ki, qarşılaşmanın protokoluna heç harda rast gəlmədiyimizdən, Kovalyovun bu oyunun iştirakçısı olub-olmadığını dəqiqləşdirə bilmədik.
