18 noyabr 2010 15:04
Qarabağ yoxlama matçında 4:1 hesablı qələbə qazandı
Qarabağ Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli oyunlar və Qurban bayramı ilə ələqədar olaraq yaranmış fasilənin ardından əsas komanda bu gün əvəzedicilərlə yoxlama görüşündə gücünü sınayıb.
Zabrat qəsəbə stadionunda baş tutan görüşdə komandalar bu heyətlə meydana çıxıblar:
Əsas heyət: Sahil Kərimov, Qara Qarayev, Zaur Həşimov, Aftandil Hacıyev, Namiq Yusifov, Devran Ayhan, Rəşad Sadiqov, Rəşad Kərimov, Georgi Adamiya, Tural İsgəndərov, Murad Səttarlı.
Əvəzedici heyət: Osman Umarov, Emin Əliyev, Ürfan Abbasov, Bəxtiyar Məmmədov, Rövşən İsmayılov, Toğrul Bilallı, Ayaz Mehdiyev, Elmin Əlizadə, Kamil Xanıyev, Temkin Xəlilzadə, Nail Səfərov
AZAL-la oyunöncəsi komandaların oyun praktikasının qorumasına yönələn qarşılaşma böyüklərin qələbəsi ilə başa çatıb. Əsas komandanın gənc ulduzlarından Murad Səttarlının het-trik etdiyi oyunda Adamiya 4-cu qolu vurub. Əvəzedicilərdən isə oyuna sonradan daxil olmuş İlhami Fərzəliyev başla təsəlli qolunu vurub - 4:1.
