18 noyabr 2010 15:36
Millimiz Çernoqoriya ilə daha bir sınaq matçı keçirəcək
Azərbaycan yığması Çernoqoriya ilə daha bir yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşma gələn il Bakıda oynanılacaq.
Bu, iki ölkənin futbol federasiyaları arasındakı danışıqlara əsasən belə razılaşdırılıb. Xatırladaq ki, Azərbaycan və Çernoqoriya milliləri arasında dünən Podqoritsada keçirilən oyunda meydan sahibləri 2:0 hesablı qələbəyə sevindilər. Bakıdakı qarşılaşmanın hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib.
