18 noyabr 2010 16:19
Meksika millisinin çalışdırıcısı Zaragoza`da
İspaniya La Liqa təmsilçisi Zaragoza`da baş məşqçi dəyişikliyinə əl atılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Xose Aurelio Qayla yollarını ayıran klub rəhbərliyi onun əvəzində Xavyer Aquirre ilə anlaşıb.
La Liqanın geridə qalan 11 oyununda sadəcə 7 xal toplaya bilən Zaragoza rəhbərliyi Meksika millisiylə yollarını ayırandan bəri işsiz qalan Aquirrenin sayəsində bu çətin vəziyyətdən çıxacaqlarına inanırlar.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis İspaniyada daha öncə Osasuna və Atletico Madrid`i çalışdırmışdı.
