18 noyabr 2010 16:54
İnter`in baş məşqçisinə 180 dəqiqə vaxt verildi
İtaliya A Seriyasının və Çempionlar Liqasının son qalibi Inter`in işləri heç də qaydasında getmir. Azerisport.az xəbər verir ki, bu üzdən komandanın ispaniyalı çalışdırıcısı Rafael Benitesin durumu getdikcə pisləşir.
Bu arada artıq klub rəhbərliyinin hazırkı çalışdırıcısı üçün 180 dəqiqə vaxt verdiyi haqda məlumatlar yayıldı. La Gazetta dello Sport`da yer alan xəbərə görə, Inter, çempionatda Chievo və Çempionlar Liqasında Twente ilə oynayacağı matçlarda heç də ürək açmayan performansını davam etdirsə, Beniteslə yolların ayrılması qaçılmaz olacaq.
Inter preizdenti Massimo Moratti, öncə tələsik qərar qəbul etmək istəmədiklərini bəyan etsə də, təcrübəli çalışdırıcının ümidləri doğrultmaması rəhbərliyin ona vaxt verməsiylə nəticələnib. Inter`in Liverpool`un sabiq çalışdırıcısıyla yollarını ayırsa, böyük ehtimalla Covanni Trapattoni və ya Leonardo ilə anlaşacaq.
