18 noyabr 2010 11:24
Elano yanvarda Galatasaray`dan ayrılacaq
Galatasaray`ın braziliyalı oyunçusu yanvar ayında ölkəsinə dönmək istədiyini bəyan edib. Azerisport.az xəbər verir ki, o bunu tezliklə klub rəhbərliyinin də diqqətinə çatdıracağını söyləyib.
İstanbulda böyük bir problem yaşamadığını vurğulayan Elano bunları söyləyib: “Klubumla problemim yoxdu. Amma karyerama ölkəmdə davam etmək istəyirəm. Burda hələ iki illik sözləşməm var. Ancaq dekabrda rəhbərliklə danışıqlar masasına oturacam və ayrılmaq istədiyimi bildirəcəyəm”.
