18 noyabr 2010 12:03
Millimizə qol vuran futbolçuya tüpürdü, 4 oyunluq cəzalandı
Almanya Futbol Federasiyası Nürnberg`li müdaiəçi Xavyer Pinolaya 4 oyunluq cəza verib. Azerisport.az xəbər verir ki, buna səbəb onun Bayern Münih`in futbolçusu Bastian Şvaytnştaygerə tüpürməsi səbəb olub.
27 yaşlı oyunçunun bu hərəkəti Bundesliqanın oyunu zamanı baş hakim tərəfindən görülməsə də, videoyazıya baxdıqdan sonra cəzanın qaçılmaz olduğu aşkarlanıb. Əslində Pinolanın bu hərəkətinə görə 6 ay cəzalanacağı iddia edilsə də, argentinalı futbolçunun Bastiana zəng edərək üzr istəməsinin cəzanın 4 oyunla məhdudlaşmasında pay sahibi olduğu bildirilir.
Qeyd edək ki, Bastian Şvaynştayger millimizə qarşı keçirilən oyunların da iştirakçısı olub və 1 dəfə qapımıza yol tapmağa da imkan tapıb.
