18 noyabr 2010 12:22
Ağasəlim Mircavadovdan milli üzvlərinə ciddi tənqid
Millimizin sabiq çalışdırıcısı Ağasəlim Mircavadov Azərbaycan yığmasının dünən Çernoqoriya ilə səfər oyununa münasibətini açıqlayıb. Azerisport.az-a açıqlamasında təcrübəli mütəxəssis bunları vurğulayıb:
“Komanda heç də öz oyununu sərgiləyə bilmədi. Çoxlu səhvlər buraxdılar. Ancaq unutmamalıyıq ki, rəqibin heyətində də belə səhvləri bağışlamayan oyunçular var idi. Ən acınacaqlısı orasındadır ki, Çernoqoriya da qeyri-adi oyun sərgiləmədi. Yəni onlar zəif oyunla qalib gəldi, biz isə müqavimətsiz təslim olduq. Ola bilər ki, futbolçular Türkiyə üzərindəki qələbədən sonra hələ də eyforiyadadırlar. Ancaq belə olmamalı idi. Bu yoldaşlıq oyunu olsa da, hər halda rəsmi xarakter daşıyırdı və reytinqə hesablanır. Həm də belə oyunlarda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışmalıdırlar. Lakin dünən heç kim oynamadı”.
