18 noyabr 2010 00:42
Aleksandr Çertoqanov: Daha çox hücum etmək lazım idi
Millimizin Çernoqoriya ilə səfər matçındakı məğlubiyyətinin iştirakçılarından olan Aleksandr Çertoqanov oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az-ın müxbiri ilə söhbətində orta sahə oyunçusu bunları vurğulayıb:
“Bu oyunda daha çox hücum etməyimiz lazım idi. Ancaq biz bunu etmədik. Əvəzində Çernoqoriya layiq olduğu qələbəni qazandı. Təbii ki, ikinci hissədəki zəif oyuna görə özümüz günahkarıq. Birinci hissədə daha yaxşı təsir bağışlasaq da, fasilədən sonra hər şey dəyişdi”.
