18 noyabr 2010 00:49
Vüqar Nadirov: Psixoloji cəhətdən daha da hazırlaşmalıyıq
Millimizin hücumçusu Vüqar Nadirov Çernoqoriya ilə səfər oyunundakı 0:2 hesablı məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az-ın müxbiri ilə söhbətində hücumçu bunları qeyd edib:
“Düşündüyümüz kimi oynaya bilmədik. Çünki ilk yarıda qol vurmağı planlaşdırsaq da, istəyimizi reallaşdırmağımız mümkün olmadı. Mənə elə gəlir ki, biz psixoloji cəhətdən ona hazırlaşmalıyıq ki, qol buraxdıqdan sonra komandada ruh düşkünlüyü yaranmasın”.
