18 noyabr 2010 12:48
Millimizin rəqibi Cənubi Koreya ilə üz-üzə
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının yeni rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular” Cənubi Koreya ilə qarşılaşacaq.
Bu haqda qardaş ölkə millisinin baş məşqçisi Quus Hiddink məlumat verib. Onun sözlərinə görə, iki ölkə yığması gələn ilin fevralında yoldaşlıq görüşü keçirəcək.
