19 noyabr 2010 15:09
Millimiz dünyada 16-cı, Avropada 9-cudur
Futzal üzrə milli komandaların növbəti reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması dünyanın ən güclülərinin siyahısında 16-cı sırada qərarlaşıb. Joze Alesio da Silvanın komandasının hesabında 1669 xal var.
Lakin millimiz bu göstəriciyə əsasən Avropada daha ön pillələrdədir. Belə ki, dünya reytinqində 16-cı olan futzal üzrə yığmamız Avropa ölkələri arasında 9-cudur.
Dünya reytinqinə Avropa çempionatının seçmə mərhələsində də Azərbaycanın rəqibi olan İspaniya yığması başçılıq edir. İspanların hesabında 2005 xal var. Onların ardınca Braziliya (1987 xal) və İran (1859 xal) müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıb.
