19 noyabr 2010 15:19
Şahin Diniyevin komandasında qalmaqal
Millimizin sabiq çalışdırıcısı Şahin Diniyevin fəaliyyət göstərdiyi Rusiyanın Terek klubunda qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Qroznı təmsilçisinin azarkeşləri Çeçenistan Respublikasının və eyni zamanda Terek`in prezidenti olan Ramzan Kadırovdan klub rəhbərliyində dəyişiklik edilməsini tələb ediblər. Buna səbəb kimi son zamanlar klubun adının oyun alqı-satqısında hallanması göstərilir.
Belə ki, Premyer Liqanın son turunda doğma divarlar arasında Anji ilə oyunda futbolçuların meydanda açıq-aşkar mübarizə aparmaması Terek azarkeşlərini bərk qəzəbləndirib. Nəticədə rəqibinə 1:3 hesabı ilə məğlub olan Terek, azarkeşlərini növbəti dəfə məyus edib. Komandanın azarkeşləri isə bu problemin tez bir zamanda həll olunmasını tələb edir.
