19 noyabr 2010 15:25
Türkiyə özünü yüksəkdə tutduğu üçün millimizə uduzub
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizə məğlub olan Türkiyə yığması hələ də buna görə, tənqid olunmaqdadır. Azerisport.az xəbər verir ki, bu dəfə sabiq futbolçu Saffet Sancaklı Qus Hiddinkin komandasını tənqid edib:
“Biz özümüzü çox yüksəkdə görürük. Ancaq əslində həqiqətlər tam başqa şeyi deyir. Bursaspor`un Çempionlar Liqasında göstərdiyi nəticələr ortadadır. Böyük klublarımız tanınmayan rəqiblərinə yenildi. Milli komandamız Azərbaycana uduzdu. Bunlar heç də təsadüfi deyil”.
