19 noyabr 2010 15:54

Zaur Həşimov: Həmin qoldan sonra çempionatda fərqlənə bilmirəm

Qarabağ Premyer Liqanın 14-cü turu çərçivəsində 2 gün sonra AZAL-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, cari mövsümə uğurla  başlayan təyyarəçilərlə görüşdə Ağdam təmsilçisi üçün heç də asan keçməyəcək. Qurban Qurbanovun komandası 2007-ci ildən məğlub olmadığı rəqibini məğlub etməklə xal fərqini minimum endirmək istəyir.
 
Qarabağ - AZAL qarşıdurmasında heç şübhəsiz ən yadda qalan məqam 2007/08 mövsümünün sonuncu turuyla bağlıdı. O vaxt `Olimpik` adlanan komandaya Qarabağ`dan bir xalın alınması  çempionluq üçün kifayət edirdi. Amma komandamızdan Zaur Həşimovun 85-ci dəqiqədə vurduğu qol `Olimpik`in tarixində ilk dəfə qızıl medallara sahib çıxmasını əngəllədi.
 
Hazırda da ağdamlıların düşərgəsində yer alan Zaur AZAL-la oyun ərəfəsində klubun rəsmi saytına maraqlı açıqlama verib: “AZAL-la qarşılaşmaya adi oyunlar kimi hazırlışarıq. Amma qələbə bizim üçün daha vacibdi. AZAL cari mövsüm olduqca uğurlu  çıxış edir. 2007/08 mövsümündə vurduğum qola gəlincə, o, çox baxımlı alınmışdı. Ancaq həmin qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdü, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, sabah qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa buna çox sevinərəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.