19 noyabr 2010 16:09

Arif Əsədov: Yeganə məqsədimiz zirvədəki mövqeyimizi möhkəmlətməkdir

Neftçi`nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Qəbələ ilə Premyer Liqanın növbəti turundakı çətin oyuna hazırlıqlar barədə bunları söyləyib:

“Qəbələ Premyer Liqada güclü komandalardan biridir. Ötən mövsüm bizim üçün ən arzuolunmaz rəqiblərdən biri idi. Əlbəttə hər bir komanda meydanı qalib kimi tərk etmək istəyir. Qəbələ “altılığ”a düşməyə iddialı klublardandır. Düşünürəm ki, digər komandalar kimi Qəbələ də bizə qarşı var gücü ilə oynayacaq”.
 
Qəbələ`nin Neftçi üçün heç də düşərli rəqiblərdən olmadığını vurğulayan Əsədov bu matç ərəfəsindəki problemlərindən də danışıb: “Komandamızda Qəbələ sindromu var idi və bu sindromu biz 1-ci dövrədə Qəbələdə qıra bildik və bu dəfə də çalışacağıq ki, qələbə qazanaq. Komandaya gəldikdə isə zədəli futbolçularımız var, bunlar Rail Məlikov, Paulius Qribauskas və Flavinyodur, kollektivdə əhval-ruhiyyədə yüksək səviyyədədir. Yeganə məqsədimiz 3 xal qazanmaq və turnir cədvəlinin zirvəsində mövqeyimizi bir qədərdə möhkəmlətməkdir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.