19 noyabr 2010 16:16
PFL milli çempionatın oyununu Lökbatanda keçirməyə qərar verdi
Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının 11-ci turunun proqramında daha bir dəyişikliyə əl atılıb. Azerisport.az xəbər verir ki, PFL Abşeron - Göyəzən oyununun keçirilmə yerini dəyişib. Nəticədə öncədən Zabrat qəsəbə stadionuna təyin olunan qarşılaşmanın Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verilib.
