19 noyabr 2010 16:30
Muğan Lənkərana sabah yollanacaq
Ötən tur doğma meydanda Neftçi`ylə qarşılaşmada 3 cavabsız qolla məğlub olan və nəticədə baş məşqçisi Almir Hurtiçin istefasına üzülən Muğan növbəti oyuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Salyan təmsilçisi noyabrın 21-də keçiriləcək Xəzər Lənkəran`la oyununun hazırlıqlarını əvvəlcə Muğan Olimpiya Kompleksinin stadionunda, sonra isə Lənkəranda davam etdirməyi planlaşdırıb.
Bu gün günorta saatlarında doğma meydanda məşq edən komanda Lənkərana sabah yola düşəcək. Burada oyunöncəsi 1 saatlıq məşq etməyi nəzərdə tutan heyət üzvləri daha sonra matç saatına qədər dinlənəcək.
Qeyd edək ki, bu matç baş məşqçilik postuna yeni təyin olunmuş mütəxəssis Bəhmən Həsənovun rəhbərliyi altında Muğan`ın keçirəcəyi ilk oyun olacaq.
