19 noyabr 2010 16:49
Galatasaray`dan Misimoviçə sərt cəza
Türkiyənin Galatasaray klubu Bosniya və Herseqovina milli komandasının futbolçusu Zvyezdan Misimoviçi cəzalandırıb. Azerisport.az xəbər verir ki, bu haqda İstanbul klubunun rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi baş məşqçi George Hacinin göstərişinə əsasən əvəzedici heyətə göndərilib. Baş məşqçi bunu Misimoviçin hazırlıq durumundan və nizam-intizamından narazı qalmasıyla əlaqələndirib.
