19 noyabr 2010 17:12
“Neftçi liderdir, ancaq biz də pis oyun sərgiləmirik”
Millimizin və Qəbələ`nin müdafiəçisi Saşa Yunisoğlu Premyer Liqanın 14-cü turu çərçivəsində keçiriləcək Neftçi ilə oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az-ın müxbiri ilə söhbətində təcrübəli arxa xətt oyunçusu bunları söyləyib:
“Bizi çox çətin oyun gözləyir. Neftçi çempionatımızın hazırkı lideridir. Ancaq biz də son dövrlər pis oyun sərgiləmirik. Elə bu oyunda da layiqli mübarizə aparmağa hazırıq”.
