19 noyabr 2010 17:33
Joze Mourinyonu cəza gözləyir
Real Madrid`in baş məşqçisi Joze Mourinyonu cəza gözləyir. Azerisport.az xəbər verir ki, İspaniya Futbol Federasiyası Sporting Gijon ilə qarşılaşmanın ardından Madrid klubunun çalışdırıcısının rəqib həmkarı Manolo Presiado ilə birgə kəskin açıqlamalar verməsini cavabsız qoymayacaq.
Artıq buna görə, İspaniyanın Anti Şiddət Komissiyası bu iki mütəxəssisi qınayıb və cəzalandırılmaları üçün federasiyaya müraciət edib. Hərəkətləri bütün İspaniyanı ayağa qaldıran Mourinyo ilə Presiadonun hansı cəzaya layiq görüləcəyini hər kəs maraqla gözləyir.
