19 noyabr 2010 17:58
Ağasəlim Mircavadov: Belə oyunla biz belçikalılarla bacarmarıq
Azərbaycan millisinin sabiq çalışdırıcısı Ağasəlim Mircavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yer aldığı A qrupunda 4-cü yeri tutmaq şanslarından danışıb. Azerisport.az-a açıqlamasında təcrübəli mütəxəssis hesab edir ki, komandamız üçün bu rəqibi ilə oyunlar da, qrupda 4-cü pilləni tutmaq da çətin olacaq:
“Mən Rusiya – Belçika matçına baxdım. Millimizin rəqibi Moskvada çox yaxşı oyun sərgilədi. Belçikada gənc və perspektivli komanda var. Hücum xəttində liderləri var, müdafiəsini də bəyəndim. Rusiya bu komandayla heç cür bacarmadı. Biz əgər bu komandayla oyunda ciddi nəsə uğur qazanmaq istəyiriksə, marta kimi nələrsə etməliyik. Çernoqoriyalılarla qarşılaşmada sərgilənən oyunla biz belçikalılarla bacarmarıq”.
