19 noyabr 2010 18:54
“Qəbələ ilə oyunda onun da xidmətindən yararlanmaq məcburiyyətindəyik”
Neftçi`nin baş məşqçisi Arif Əsədov da millinin təlim-məşq toplanışlarının və oyunlarının futbolçularının klubdakı çıxışına təsirsiz ötüşmədiyini bildirib. Lakin azerisport.az-a açıqlamasında paytaxt klubunun çalışdırıcısı bu baxımdan hansısa ciddi problemlər yaşamadıqlarını söyləyib:
“Hazırda millidə Neftçi`nin 4 oyunçusu var ki, bunlar da Amit Quluzadə, Fərid Quliyev, Cavid Hüseynov və Ruslan Abışovdu. Onların da arasında yalnız Ruslan əsas heyət oyunçularından hesab olunur. Buna görə də, aydın məsələdir ki, o, bir qədər yorğun qayıdıb. Lakin buna baxmayaraq, biz növbəti turun Qəbələ ilə oyununda onun da xidmətindən yararlanmaq məcburiyyətindəyik. Çünki Rail Məlikov hazırda zədəli olduğundan, layiqli əvəzedicimiz də yoxdu. Digərlərinin durumu isə komandamızın oyununa elə də ciddi təsir göstərmir”.
