19 noyabr 2010 19:24
Millimizin sabiq üzvü karyerasını başa vurdu
Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev futbolçu karyerasını başa vurduğunu bəyan edib. Azerisport.az xəbər verir ki, buna səbəb ona Premyer Liqa klubları tərəfindən heç bir marağın göstərilməməsi olub.
Qeyd edək ki, 34 yaşlı futbolçu karyerası ərzində bir sıra klublarımızda top qovmaqla yanaşı, Ukraynada legioner həyatı yaşamağa da imkan tapıb.
