19 noyabr 2010 20:14
Turan Batumiyə gedir
Premyer Liqa iştirakçılarından daha birinin qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Turan qış fasiləsində Gürcüstana gedəcək.
Əldə etdiyimiz bilgiyə görə, Tovuz klubunun baş məşqçisi Revaz Dzodzuaşvili komandasını ölkəsinə, bir qədər də dəqiqləşdirsək, Batumiyə aparacaq. Bölgə təmsilçisinin qonşu ölkədə 4 yoldaşlıq görüşündə qüvvəsini sınaması da nəzərdə tutulub.
