19 noyabr 2010 21:19
Federasiya millidə zədələnən oyunçuya görə kluba təzminat ödəyəcək
İngiltərə Futbol Federasiyası Fransa ilə keçirdiyi sınaq matçında zədələnən Stiven Cerarda görə, Liverpool klubuna təzminat ödəyəcək. Azerisport.az xəbər verir ki, bu haqda futbol qurumunun rəsmi saytında məlumat yayılıb.
“Liverpool`un federasiya əleyhinə məhkəməyə müraciət etməsinə ehtiyac yoxdu. Sıgorta işləri üzrə rəsmilərimiz kluba dəyən zərəri hesablayacaqdır”.
Qeyd edək ki, belə qanunlar hazırda çox az ölkədə həyata keçirilir. İngiltərə mətbuatının yaydığı məlumatda bildirilir ki, Fransanın 2 gün öncə 2:1 hesabıyla qələbə qazandığı matçda zədələnən və 4 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşən Cerard üçün Liverpool`a 500 min sterlinq təzminat ödənəcək.
