19 noyabr 2010 21:56
Styaua`nın prezidenti Mirça Redniki ələ saldı
Rumuniyanın Styaua klubunun prezidenti Cici Bekali Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednikin yarımmüdafiəçi Banel Nikolitanı ölkəmizə gətirmək istəməsinə münasibət bildirib. Azerisport.az Rumıniya mətbuatına istinadən məlumat verir ki, daim verdiyi açıqlamalarla ən qalmaqallı şəxslərdən biri kimi tanınan Bekali, bu haqda bunları söyləyib:
“Mən Redniki başa düşürəm. O, komandasını gücləndirmək istəyir və buna görə də futbolçumuza görə 500 min avro ödəməyə hazır olduğunu bildirir. Ancaq bu, olduqca yüksək bir məbləğdir. Mən heç həyatımda bu qədər pul görməmişəm. O qədər pulu neynəyəcəm”?
