19 noyabr 2010 22:28
İngiltərənin daha bir klubu satın alındı
İngiltərənin daha bir klubu digər ölkə sahibkarları tərəfindən satın alınıb. Azerisport.az xəbər verir ki, Liverpool`un ardınca Blackburn Rovers də satılıb. Sözügedən klub 50 milyon avro qarşılığında Hindistan firması “Venky” tərəfindən alınıb.
Klubun 99.9 faizlik hissəsini 27 milyon avro qarşılığında satın alan “Venky” firması, təxminən 23 milyon avro həcmindəki borcu da ödəyib. Sonda onu da qeyd edək ki, Blackburn hazırda Premyer Liqada 14-cü sırada yer alır.
