19 noyabr 2010 23:04
Millimizin rəqibinə qarşı oynadı, xəstəxanalıq oldu
İspaniyanın Hercules klubunun hollandiyalı cinah oyunçusu Royston Drente xəstəxanaya aparılıb. Azerisport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, Drente xora diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Futbolçunun belə xəstəliyə keçirdiyi stressə görə yoluxduğu iddia olunur.
Maraq üçün qeyd edək ki, noyabrın 7-də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə ilə doğma divarlar arasındakı yoldaşlıq oyununda Hollandiya yığmasının heyətində debüt matçının keçirən bu futbolçu həmin günün səhəri də 3-cü dəfə ata olub. Gələn xəbərlərdə bildirilir ki, Drente məhz həyat yoldaşı ilə eyni xəstəxanaya yerləşdirilib. Bu üzdən onun həftəsonu oynanılacaq Espanyol ilə qarşılaşmada forma geyməyəcəyi bildirilir.
