19 noyabr 2010 11:34
Yığma yoldaşlıq oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki,hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 22-də, saat 12:30-da, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində «Neftçi» klubunun nəzdindəki U-19 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: AFFA
