20 noyabr 2010 13:09
Azərbaycanlı futbolçu Yunanıstan klubunda
Türkiyə millisinin və Galatasaray klubunun aparıcı oyunçularından sayılan Azərbaycan əsilli Sərvət Çətin karyerasını başqa klubda davam etdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb.
Məlumatda bildirilir ki, təcrübəli futbolçunun son vaxtlar buraxdığı səvhlər artıq hazırkı klubuyla problemlərini daha da artırıb. Sabiq baş məşqçi Frank Raykaardın dönəmində yaşadığı problemlərin ardından George Hacinin də ümidlərini doğrultmayan Sərvət indi Yunanıstan Panatinaikos`undan gələn təklifi dəyərləndirməklə məşğuldu. Danışıqlar uğurlu alınsa, Çətin qışda karyerasını qonşu ölkədə davam etdirəcək.
