20 noyabr 2010 13:22
Bakıda UEFA-nın növbəti seminarı
Noyabrın 23-də və 24-də Bakı şəhərində UEFA-nın dəstəyi ilə mətbuatla bağlı seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirdə Asiya Futbol Konfederasiyasının üzvü olan bir neçə federasiyanın nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
