20 noyabr 2010 15:26
Nazim Süleymanov: Biz Qarabağ`dan qorxmuruq
Premyer Liqanın cari mövsümündə özündən kifayət qədər söz etdirməyi bacaran AZAL-ın baş məşqçisi Nazim Süleymanov Qarabağ`la qarşıdakı oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az-a açıqlamasında “təyyarəçilər”in çalışdırıcısı bunları vurğulayıb:
“MOİK-lə oyuna kimi hamı belə hesab edirdi ki, biz asan qələbə qazanacağıq. Ancaq nə baş verdiyi hər kəs gördü. Heç-heçə qeydə alındı və sübut olundu ki, çempionatda aşkar favorit yoxdur. Təbii ki, xal itkisi uşaqlara çox pis təsir edib. Ancaq hazırda hər şey normaldır. Qurban Qurbanovun komandası əsl gücünü Avropa Liqasının oyunları vaxtı göstərmişdi. Ancaq biz Qarabağ`dan qorxmuruq”.
Qeyd edək ki, Qarabağ`la AZAL arasındakı qarşılaşma sabah oynanılacaq.
